...

“Boeing-777” təyyarəsində iki nəfər həlak olub, 130 nəfər isə xəsarət alıb

Hadisə Materials 7 İyul 2013 04:34 (UTC +04:00)
ABŞ-ın San-Fransisko şəhərinin Beynəlxalq Aeroportunda “Boeing-777” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, 130 nəfər isə xəsarət alıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, 40 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10 nəfərin vəziyyəti ağırdır. Vəziyyəti ağır olanların arasında iki uşaq var.
“Boeing-777” təyyarəsində iki nəfər həlak olub, 130 nəfər isə xəsarət alıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

ABŞ-ın San-Fransisko şəhərinin Beynəlxalq Aeroportunda "Boeing-777" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, 130 nəfər isə xəsarət alıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, 40 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10 nəfərin vəziyyəti ağırdır. Vəziyyəti ağır olanların arasında iki uşaq var.

Qeyd edək ki, Koreya Respublikasının "Asiana Airlines" aviaşirkətinə məxsus və Seul-San-Fransisko reysi ilə uçan təyyarənin göyərtəsində 292 sərnişin və 16 ekipaj üzvü olub. Təyyarə San-Fransiskonun Beynəlxalq Aeroportunda sərt eniş etdikdən sonra yanıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.

Aviaqəza ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti