...

"Toyota Prado" markalı avtomobil Bakının mərkəzində aşırıldı (VİDEO)

Hadisə Materials 8 İyul 2013 11:14 (UTC +04:00)
Bakıda avtomobillərin “qaydasız döyüşü” davam edir.
"Toyota Prado" markalı avtomobil Bakının mərkəzində aşırıldı (VİDEO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobillərin "qaydasız döyüşü" davam edir.

Trend xəbər verir ki, Bakıda günorta saatlarında şəhərin mərkəzi küçələrindən birində baş verən yol-nəqliyyat hadisəsi zamanı "Mercedes" markalı minik avtomobili özündən öndə yolu dönmək istəyən "Toyota Prado" markalı avtomobili arxadan vurub.

Nəticədə "Toyota Prado" aşaraq yolun ortasında aşıb. Yalnız qəzanın şahidi olan onlarla insanın köməyindən sonra avtomobil normal vəziyyətə gətirilib.

Trend oxuculara həmin qəzanın video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti