...

Xaçmaz rayonunda yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 16 İyul 2013 02:43 (UTC +04:00)
Xaçmaz rayonu, Qaradağ Buduq kəndində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili və digər vətəndaşa məxsus "İNFİNİTİ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Xaçmaz rayonunda yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Xaçmaz rayonu, Qaradağ Buduq kəndində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili və digər vətəndaşa məxsus "İNFİNİTİ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində "İNFİNİTİ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qəza zamanı "QAZEL" markalı yük avtomobilin sürücüsü aldığı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb.

Yanğından "QAZEL" markalı avtomobil mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti