...

Bakıda 2 nəfər dənizdə boğularaq ölüb

Hadisə Materials 18 İyul 2013 14:02 (UTC +04:00)
Bakının Pirşağı və Mərdəkan çimərliklərində boğulmaqla ölüm faktları qeydə alınıb.
Bakıda 2 nəfər dənizdə boğularaq ölüb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Bakının Pirşağı və Mərdəkan çimərliklərində boğulmaqla ölüm faktları qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 16-da Bakı şəhər sakini Məhərrəm Bağırov Pirşağı qəsəbəsinin dəniz çimərliyində boğulub.

Dünən, iyulun 17-də isə Bakı şəhər sakini Araz Nadirov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti