Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Xəzər rayonunda dənizdə batmış adam meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) batmış 1989-cu il təvəllüdlü Bəşirov İslam Şamil oğlunun axtarışları başa çatıb.
Bəşirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.