...

Azərbaycanın İranla sərhəd ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb

Hadisə Materials 29 İyul 2013 13:30 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın İranla sərhəd ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanın İranla sərhəd ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəlilabad və Biləsuvar rayonlarının polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təklə kəndi ərazisində rayon sakini Səfərxan İbadovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına baxış zamanı 10,5 kiloqram tiryək və 6 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti