...

İmişlidə avomobil qəzasında bir nəfər ölüb, ikisi xəsarət alıb

Hadisə Materials 1 Avqust 2013 14:02 (UTC +04:00)
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, ikisi xəsarət alıb.
İmişlidə avomobil qəzasında bir nəfər ölüb, ikisi xəsarət alıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, ikisi xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına itinadən xəbər verir ki, iyulun 31-də saat 03.40 radələrində İmişli rayonu Qaravəlli kəndinin ərazisində Füzuli rayon sakini Cabbar İsayevin idarə etdiyi "VAZ-2106" markalı və Saatlı rayon sakini Faiq Abdullayevin idarə etdiyi "QAZ-33021" markalı avtomaşınlar toqquşub.

Nəticədə İsayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Füzuli rayon sakini Abbas İsayev və İmişli rayon sakini Vüqar Qəhrəmanlı isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti