...

Azərbaycanda bir gündə 5 nəfər suda boğularaq ölüb

Hadisə Materials 8 Avqust 2013 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanda avqustun 7-də 5 nəfər çimərkən boğulub ölüblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Xəzərin Şüvəlan, Mərdəkan və Pirşağı çimərliklərində Bakı sakinləri Turanə Musayeva, Aysel Əkbərli, Röyal Əsədov və Lətif Məmmədov çimərkən boğulublar.

Oxşar hadisə İmişli rayonunda da qeydə alınıb. Belə ki,Kürdəmir rayon sakini Zamir Xəlilov Kür çayında çimərkən suda boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti