...

Bakıda avtobusda cibgirlik edən şəxs tutuldu

Hadisə Materials 21 Avqust 2013 10:15 (UTC +04:00)
Xətt avtobusunda oğurluq edən Sumqayıt sakini tutulub.
Bakıda avtobusda cibgirlik edən şəxs tutuldu

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Xətt avtobusunda oğurluq edən Sumqayıt sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi, Post Patrul Xidməti Bölməsi və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Hafiz Babayev tutulub.

O, avqustun 19-da 150 saylı xətt avtobusunda Bakı şəhər sakini Surac Dadaşovun cibindən 150 manat oğurlamaqda ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti