...

Sürücünün “ağıllı” manevrinin fəsadı (VİDEO)

Hadisə Materials 21 Avqust 2013 14:43 (UTC +04:00)
“Range Rover” markalı avtomobilin sürücüsü Bakıda mərkəzi küçələrin birində tıxac zamanı hamıdan “ağıllı” tərpənərək qoşa xəttin tələbini pozub və yolda hərəkətin əks istiqamətli hissəsinə çıxaraq irəliləmək istəyərkən qəzaya səbəb olub.
Sürücünün “ağıllı” manevrinin fəsadı (VİDEO)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

"Range Rover" markalı avtomobilin sürücüsü Bakıda mərkəzi küçələrin birində yaranmış tıxac zamanı hamıdan "ağıllı" tərpənərək qoşa xəttin tələbini pozub, yolda hərəkətin əks istiqamətli hissəsinə çıxaraq irəliləmək istəyərkən qəzaya səbəb olub.

Trend xəbər verir ki, qəza zamanı yol hərəkəti qaydasını kobud şəkildə pozmuş "Range Rover" əks tərəfdən hərəkətdə olan minik avtobili ilə toqquşub. "Ağıllı" manevrin nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, yolda nəqliyyatın hərəkəti isə iflic olub.

Trend həmin yol-nəqliyyat hadisəsinin video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti