...

Bakıda Bakı İstintaq təcridxanasına narkotikli dovğa keçirmək istədilər

Hadisə Materials 28 Avqust 2013 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Avqustun 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zamir Qərib oğlu Yusifova vətəndaş Murad Cəsur oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilərkən 1 (bir) litr həcmində "Dovğa"nın içərisində şəffaf sellofan bükülülərdə xalis çəkisi 0,737 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zamir Yusifov təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılır.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti