...

23 yaşlı Qusar sakini itkin düşüb

Hadisə Materials 30 Avqust 2013 10:28 (UTC +04:00)
Qusar sakini Elnur Qurbanov avqustun 19-da evdən çıxaraq naməlum istiqamətə gedib.
23 yaşlı Qusar sakini itkin düşüb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Qusar sakini Elnur Qurbanov avqustun 19-da evdən çıxaraq naməlum istiqamətə gedib.

Trend-in Regional TV-yə istinadən xəbər verir ki, 23 yaşlı Qusar şəhərinin Əmiraslanov küçəsi 44 ünvanında yaşayan Elnur Qurbanov itkin düşüb. Bu barədə rayon polis şöbəsinə Elnur Qurbanovun atası Əsriman Qurbanov ərizə ilə müraciət edərək məlumat verib. O, oğlunun avqustun 19-da evdən çıxaraq naməlum istiqamətdə gedərək bir daha geri
qayıtmadığını qeyd edib.

Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində Elnur Qurbanovun olduğu yeri müəyyənləşdirmək mümkün
olmayıb.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti