...

Bakı ətrafında baş verən yol qəzasında baba və nəvə ölüb

Hadisə Materials 2 Sentyabr 2013 17:06 (UTC +04:00)
Sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Soltan Xəlfəliyevin idarə etdiyi “VAZ-2104” markalı və Bakı şəhər sakini Əlixanov İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.
Bakı ətrafında baş verən yol qəzasında baba və nəvə ölüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Soltan Xəlfəliyevin idarə etdiyi "VAZ-2104" markalı və Bakı şəhər sakini Əlixanov İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə S.Xəlfəliyevin sərnişinlərindən oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri, Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradova və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti