...

Bakıda azyaşlı uşaq liftin şaxtasına yıxılaraq ölüb

Hadisə Materials 11 Sentyabr 2013 13:00 (UTC +04:00)
Yasamal rayonunun azyaşlı sakini liftin acıq qalmış qapısından şaxtaya yıxılaraq ölüb.
Bakıda azyaşlı uşaq liftin şaxtasına yıxılaraq ölüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/

Yasamal rayonun azyaşlı sakini liftin acıq qalmış qapısından şaxtaya yıxılaraq ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 10-da paytaxtın Yasamal rayon sakini, azyaşlı Ramal Ağazadə yaşadığı doqquzmərtəbəli evin 5-ci mərtəbəsində liftin acıq qalmış qapısından şaxtaya yıxılaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti