...

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 14 Sentyabr 2013 06:14 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Daşbulaq kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət balıqçı köşkü yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Daşbulaq kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət balıqçı köşkü yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran rayonu, Şağlaser kəndində (rayon mərkəzindəm 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlamasının 300 kq-ı yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Hər üç halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Ağcabədi şəhərində vətəndaşa məxsus yol kənarına dağılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunda (rayon mərkəzindən 10 km aralı, torpaq yol) dəmir yol xəttinin kənarında 8 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı dəmir yol xətti yanğından mühafizə olunub. Hər iki halda yanğın söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 6 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 4 ədəd arxa sol təkəri yanıb.

Avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m (hər mərtəbəsi 126 kv.m) olan 2 mərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında ev əşyaları 14 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 05:45-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti