...

Türkiyədə iranlı turistlərin olduğu avtobus aşıb, ölənlər var

Hadisə Materials 14 Sentyabr 2013 12:40 (UTC +04:00)
Türkiyənin Kırıkkale vilayətində içərisində iranlı turistlərin olduğu sərnişin avtobusu aşıb.
Türkiyədə iranlı turistlərin olduğu avtobus aşıb, ölənlər var

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kırıkkale vilayətində içərisində iranlı turistlərin olduğu sərnişin avtobusu aşıb. Bu barədə Trend şənbə günü "İnternet Haber" portalına istinadən xəbər yayıb.

Qəza nəticəsində iki İran vətəndaşı ölüb, daha 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan altısının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Avtobusun İstanbula getdiyi bildirilir.

Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti