...

Bakıda masaj salonunda adam zorlanıb

Hadisə Materials 16 Sentyabr 2013 15:07 (UTC +04:00)
Bakıda masaj salonunun müdiri Murad İmaməliyev adam zorladığına görə tutulub və ondan narkotik maddə götürülüb
Bakıda masaj salonunda adam zorlanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda masaj salonunun müdiri Murad İmaməliyev adam zorladığına görə tutulub və ondan narkotik maddə götürülüb

Daxili İşlər Naziriliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 14-də vətəndaş G.S. Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün Yasamal rayonu Murtuza Muxtarov küçəsindəki masaj solununda oranın müdiri tərəfindən zorlanmasını bildirib.

Görülmüş tədbirlər nəticəsində onu zorlamış Bakı şəhər sakini Murad İmaməliyev tutulub və ondan 510,137 qram heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti