...

Bakıda iki naməlum meyit tapılıb

Hadisə Materials 19 Sentyabr 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda iki naməlum meyit tapılıb. Onlardan biri kişiyə, digəri qadına məxsusdur.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Suraxanı rayonu Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsində 50-55 yaşlı kişi meyiti tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Digər meyit isə Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsinin yaxınlığındakı su kanalında tapılıb. Meyit 25-30 yaşlı qadına məxsusdur. Onun üzərində də zorakılıq əlamətləri aşkar edilməyib.

Hər iki meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi və ölümün səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti