Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/
İrandan Azərbaycana narkotik maddənin gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Nahid Ağayevə məxsus əl yüklərinə baxış keçirilib.
"Heimann" markalı rentgen aparatı ilə keçirilən gömrük baxışı zamanı oradan 31 ədəd bükümdə, xalis çəkisi 510 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.