...

Bakının Türkan qəsəbəsində hərbi sursat tapılıb

Hadisə Materials 21 Sentyabr 2013 13:34 (UTC +04:00)
Xəzər rayonu Türkan qəsəbəsində hərbi sursat aşkarlanıb.
Bakının Türkan qəsəbəsində hərbi sursat tapılıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Xəzər rayonu Türkan qəsəbəsində hərbi sursat aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 20-də DİN-in Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Türkan qəsəbəsinin ərazisində 28 ədəd pulemyot patronu və 1 ədəd pulemyot lenti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti