Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Bingöl vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 18 üzvü həbsxanadan qaçıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər yayıb.
Hazırda Diyərbəkir və Bingöl vilayətlərinin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən onların axtarışı həyata keçirilir.