...

Bakıda həbsxanaya gətirilən sovqatda qadağan olunmuş rabitə vasitəsi aşkarlanıb (FOTO)

Hadisə Materials 27 Sentyabr 2013 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş rabitə vasitələrinin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rüstəm Məmmədağa oğlu Kazımova vətəndaş Abayeva Marina tərəfindən göndərilən sovqata baxış keçirilib. Baxış zamanı bağlamada olan şokolad qablarında gizlədilmiş 2 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qedy edək ki, 1974-cü il təvəllüdlü Rüstəm Kazımov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti