...

Pakistanda partlayışlar: 9 ölü, 35 yaralı

Hadisə Materials 29 Sentyabr 2013 11:59 (UTC +04:00)
Pakistanın Əfqanıstan sərhədinə yaxın şəhərlərindən biri olan Pişəvərdə partlayışlar olub.
Pakistanda partlayışlar: 9 ölü, 35 yaralı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Pakistanın Əfqanıstan sərhədinə yaxın şəhərlərindən biri olan Pişəvərdə partlayışlar olub.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, şəhərin mərkəzi bazarlarından birində ardıcıl iki partlayış olub. Polis məntəqəsinin yaxınlığında baş vermiş partlayışlar nəticəsində 9 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Qeyd edək ki, ötən bazar günü də həmin ərazidə partlayış olmuş, 81 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti