Azərbaycan, Bakı, 30 sentyabr/Trend, müxbir A. Tağıyeva/
Türkiyənin Sakarya vilayətinin Pamukova rayonunda yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend bazar ertəsi "Sabah" qəzetinə istinadən məlumat verir.
İlkin məlumata görə, qəza nəticəsində yeddi nəfər ölüb, ondan artıq adam isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
İlkin məlumata əsasən, qəzaya səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub, nəticədə avtomobil ağaca çırpılıb.