Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Kanalda batmış şəxsin cəsədi tapılıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 27 sentyabr 2013-cü il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batan 1960-cı il təvəllüdlü Talıb Saqil oğlu Ömərovun axtarışları başa çatıb.
T.Ömərovun meyiti tapılaraq sudan çıxarılıb.