...

Gəncədə avtomobil qəzası baş verib

Hadisə Materials 13 Oktyabr 2013 22:44 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Gəncədə avtomobil qəzası baş verib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Elçin Əzizov bildirib ki, Vidadi Qasımovun idarə etdiyi VAZ 21011 markalı avtomaşınla Nəsimi Tağızadənin idarə etdiyi Moskviç markalı avtomaşın toqquşub.

Hadisə nəticəsində avtomaşınlarda olan sərnişinlərdən 3 nəfər - 1941-ci il təvəllüdlü Tükəzban İsmayılova, 1990-cı il təvəllüdlü Günay Əliyeva və 1992-ci il təvəllüdlü AygünYusibova xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının Tramvatologiya şöbəsinin həkimi Mehman Hüseynovdan aldığımız məlumata görə, xəstələrə ilkin tibbi yardım göstərilib və palataya köçürülüblər.

Xəbər lenti

Xəbər lenti