...

Gürcüstanın ədliyyə naziri qəzaya düşüb

Hadisə Materials 17 Oktyabr 2013 13:00 (UTC +04:00)
Gürcüstanın ədliyyə naziri Tea Çulukiani xidməti avtomobilində Sevantı regionunda qəzaya düşüb.
Gürcüstanın ədliyyə naziri qəzaya düşüb

Gürcüstan, Tbilisi, 17 oktyabr /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın ədliyyə naziri Tea Çulukiani xidməti avtomobilində Sevantı regionunda qəzaya düşüb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın "Birinci radiosu" xəbər yayıb.
Məlumatda bildirilir ki, avtomaşını onun sürücüsü idarə edib. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Ədliyyə Nazirliyi faktı təsdiqləyib. Məlumatda bildirilir ki, sərnişinlərdən heç kimə ziyan dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti