Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Bakıda gecə klublarının birində qətl hadisəsi baş verib.
Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 05:00 radələrində Binəqədi rayonu Naxçıvani küçəsi 13-də yerləşən "MAK" klubunda 1993-cü il təvəllüdlü Həsənov Ənvər Kamran oğlu 1989-cu il təvəllüdlü Məmmədzadə Səttar Fərman oğlunu bıçaqla ürək nayihəsindən vuraraq qətlə yetirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.