...

Ağstafada partlayış baş verib, bir nəfər yanıq xəsarəti alıb

Hadisə Materials 27 Oktyabr 2013 08:12 (UTC +04:00)
Trend Türkel TV-yə istinadən xəbər verir ki, Ağstafa rayon Xətai kəndində qazdan ehtiyyatsız davranma nəticəsində partlayış baş verib.
Ağstafada partlayış baş verib, bir nəfər yanıq xəsarəti alıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

Trend Türkel TV-yə istinadən xəbər verir ki, Ağstafa rayon Xətai kəndində qazdan ehtiyyatsız davranma nəticəsində partlayış baş verib.

Hadisə İlqar Abbasova məxsus evin hamamında qeydə alınıb.

Nəticədə ev sakinlərindən biri 22 yaşlı Şəbnəm Abbasova ağır yanıq xəsarətləri alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun müayinəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Xəbər lenti

Xəbər lenti