...

FHN Altıağac Milli Parkındakı yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 8 Noyabr 2013 01:20 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN Altıağac Milli Parkındakı yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, nazirliyin rəsmi saytında dərc olunan xəbərdə deyilir ki, Xızı rayonu, Altıağac qəsəbəsində (rayon mərkəzindən 26 km aralı) Altıağac Milli Parkına məxsus ərazidə 3 ha xəzəl, dağlıq ərazidə 8 ha kol-kos və quru ot yanıb.

Altıağac Milli Parkının ərazisi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti