...

Bakıda həbsxanada heroin tapılıb

Hadisə Materials 14 Noyabr 2013 16:44 (UTC +04:00)
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilib.
Bakıda həbsxanada heroin tapılıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 14-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Adil Rəşid oğlu İbrahimlinin üzərinə baxış keçirilib. Baxış zamanı onun şalvarının yan cibindən gümüşü kağıza bükülmüş xalis çəkisi 0,478 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Adil İbrahimli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü (Oğurluq; əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti