Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi (DİN) Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində "KamAZ"la "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində ölən və xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlayıb.
Trend DİN-in rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-da saat 17:15 radələrində Ağstafa rayonu Qırlı kəndinin ərazisində rayon sakini Mətləb Mustafayevin idarə etdiyi "Mercedes" və Tovuz rayon sakini Ceyhun Həşimovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.
Mətləb Mustafayev idarəetməni itirdiyindən yolun kənarında dayanmış Ağstafa rayon sakini Niyaməddin Tağıyevi vurub.
M.Mustafayev və N.Tağıyev hadisə yerində ölüb. "Mercedes"in sərnişinləri - Ucar rayon sakini Səməd Səmədzadə və Sabirabad rayon sakini Elçin Nəsibov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.