...

Bakıda intihar faktı qeydə alınıb

Hadisə Materials 17 Dekabr 2013 00:08 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda, özəl bir şirkətə aid ofisdə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Bakıda intihar faktı qeydə alınıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bakıda intihar faktı qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda, özəl bir şirkətə aid ofisdə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ofisin giriş qapısını açıblar. Ofisə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb və onun bilək damarlarının kəsildiyi müəyyən edilib.

O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti