...

Zaqatalada "Mercedes" piyadanı vurdu

Hadisə Materials 23 Dekabr 2013 08:46 (UTC +04:00)
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zaqatalada "Mercedes" piyadanı vurdu

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Qazax rayon sakini İlqar Adil oğlu Mamedov "Mercedes" markalı, "99 EL 535" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əvvəlcə "Niva" markalı avtomobillə toqquşub, sonra idarəetməni itirərək yolun kənarı ilə hərəkət edən piyada - Zaqatala şəhər sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Şamil Həsən oğlunu vurub.

Yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab edilir.

Fakla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti