...

Moskvada iki azərbaycanlı güllələnib

Hadisə Materials 24 Dekabr 2013 17:13 (UTC +04:00)
Moskvada avtomobildə güllələnən sürücü və sərnişin Azərbaycan əsillidir.Trend-in məlumatına görə, bunu çərşənbə axşamı RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Moskvada iki azərbaycanlı güllələnib

Trend-i buradan izləyin

Azərbaüycan, Bakı, 24 dekabr/Trend/

Moskvada avtomobildə güllələnən sürücü və sərnişin Azərbaycan əsillidir.Trend-in məlumatına görə, bunu çərşənbə axşamı RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbə bildirib ki, atəşə məruz qalmış azərbaycanılılar qardaşdırlar və Moskvada "qara inkassatorlar" qismində işləyiblər.

Mənbənin sözlərinə görə, bu gün cinayətkarlar iki xarici markalı avomobildə azərbaycanlıların olduğu maşının qarşısını kəsərək atəş açıblar.

Nəticədə bir nəfər ölüb, digəri isə yaralanıb. Cinayətkarlar avtomobillərdən birini qoyaraq digərinə minərək hadisə yerindən uzaqlaşıblar. Aparılan tədbirlər nəticəsində onların olduğu ikinci avtomobil də tərk edilmiş vəziyyətdə tapılıb. Məlumata görə, azərbaycanlıların olduğu avtomobildən əmlak oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti