...

Xaçmazda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Hadisə Materials 7 Yanvar 2014 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bu gün gecə saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də qeydə alınıb. 1991-ci il təvəllüdlü Xaçmaz rayon sakini Osmanov İlqar Əbülfət oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn, 1984-cü il təvəllüdlü Quba rayon sakini Rəhmanov Əli Eldar oğluna məxsus "Mercedes"lə toqquşub.

Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü və sərnişini Osmanov Məhəbbət Sərdar oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti