...

Fransada "Goodyear" şirkətinin əməkdaşları zavod direktorunu girov götürüblər

Hadisə Materials 7 Yanvar 2014 15:24 (UTC +04:00)
Fransada "Goodyear" şirkətinin şin istehsalı zavodunun işçiləri bir sutkadır müəssisənin direktor və köməkçisini girov götürüblər.
Fransada "Goodyear" şirkətinin əməkdaşları zavod direktorunu girov götürüblər

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Fransada "Goodyear" şirkətinin şin istehsalı zavodunun işçiləri bir sutkadır müəssisənin direktor və köməkçisini girov götürüblər.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, işçilər kütləvi işdən qovulma təhlükəsinin olmasından narazılıq edirlər.

Zavod işçilərinin sözlərinə görə, işdən azadetmə ilə bağlı plana yenidən baxılmayanadək rəhbərlik bağlı şəraitdə saxlanılacaq. Söhbət təqribən 1200 iş yerindən gedir.

Şirkətin baş ofisindən bildiriblər ki, rəhbərlik saxlanılanadək işçilərlə heç bir danışıq aparılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti