...

Narkotiklə tutulan Bakı sakininin oğru olduğu da müəyyənləşib

Hadisə Materials 15 Yanvar 2014 11:22 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ, Binəqədi RPİ CAŞ, 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb.
Narkotiklə tutulan Bakı sakininin oğru olduğu da müəyyənləşib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Narkotiklə tutulan Bakı sakininin oğurluq etdiyi də məlum olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ, Binəqədi RPİ CAŞ, 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb.

Müəyyən edilib ki, o yanvarın 2- də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən, qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlayıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədov avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayılov evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rüfət Əhmədzadənin evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-zinət əşyaları, dekabrın 21-də Motodrom yaşayış sahəsində Ziyafət Sadıqovun evindən televizor, pul, dekabrın 26-da Sulutəpə qəsəbəsində Ramiz Bədəlovun evindən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti