Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Ötən il Azərbaycanda partlayışlar zamanı 7 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumiyyətlə, 2013-cü il ərzində respublika ərazisində 29 partlayış hadisəsi baş verib. Bu, 2012-ci il ilə müqayisədə 2 hadisə və ya 7% çoxdur.