Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
Azərbaycanda ötən gün baş vermiş yol qəzalarında 2 piyada ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 24-də saat 22 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin ərazisində şəhər sakini Əbülfət Əlizadə idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən həmyerlisi Maarif Bayramovu vurub. Piyada M.Bayramov hadisə yerində ölüb.
Piyadanın ölümü ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Məmmədli kəndinin ərazisində baş verib. Yanvarın 24-də saat 21 radələrində kənd sakini Tehran Səfərov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə yolu keçən həmkəndlisi Vüqar Qasımovu vurub. Piyada hadisə yerində ölüb.
Hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.