Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Gəncədə avtobus piyadanı vurub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 19:00 radələrində Gəncə şəhərində yolu keçmək istəyən 57 yaşlı Minarə Allahverdiyevanı avtobus vurub. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstəyə yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.