Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Bərdəli qadın ov tüfəngini və ona aid sursatları polisə təhvil verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 1:00 radələrində Bərdə rayonu Xəsilli kənd sakini Bəsti Salmanova qohumu Əvəzxan Salmanovun evinin qarşısında ov tüfəngindən havaya atəş açıb.
Faktla əlaqədar hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəlib. B.Salmanova sənədləri olmayan qundağı kəsilmiş ov tüfəngini, 3 ədəd patronu və 12 ədəd gilizi könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktla əlaqədar araşdırma aparılır.