Azərbaycan, Bakı, 10 fevral /Trend/
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Trend xəbər verir ki, nazirliyin rəsmi saytında dərc olunan məlumatda deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı yoxdur".