...

Türkiyədə 4 bala yaxın zəlzələ olub

Hadisə Materials 14 Fevral 2014 05:08 (UTC +04:00)
Türkiyənin Çorum vilayətində zəlzələ baş verib. Bu barədə Trend "Zaman" qəzetinə istinadən xəbər verir.
Türkiyədə 4 bala yaxın zəlzələ olub

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib. Bu barədə Trend "Zaman" qəzetinə istinadən xəbər verir.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan verilən məlumata görə, yerli vaxtla saat 23:23-də episentri Çorum vilayətinin Karqı rayonunda olan 3,7 bal gücündə zəlzələ qeydə alınıb.

5,7 km dərinlikdəki zəlzələ vilayətin mərkəzi rayonlarında da hiss olunub.

Yeraltı təkanlar nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti