...

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 14 Fevral 2014 23:39 (UTC +04:00)
Gəncə şəhərinin N.Nərimanov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Gəncə şəhərinin N.Nərimanov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Kəpəz Tv-yə istinadən verdiyi məlumata görə, qəza zamanı "Mitsubishi" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Zərbənin təsirindən "Mitsubishi" aşaraq yolun kənarındakı işıq dirəyini sıradan çıxarıb. Bu zaman avtomobildə yanğın baş verib və avtomobilin sürücüsü xəsarət alıb.

"Mercedes" markalı avtomobilin sürücüsü isə avtomobili tərk edərək hadisə yerindən qaçıb.

Hazırda FHN-nin əməkdaşları yanğını söndürməyə cəhd göstərirlər. Qəza ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti