...

Azərbaycanda 8 nəfər zəhərlənib, onlardan iki nəfəri ölüb

Hadisə Materials 15 Fevral 2014 12:42 (UTC +04:00)
Azərbaycanda 8 nəfər dəm qazından və qidadan zəhərlənib, onlardan ikisi ölüb.
Azərbaycanda 8 nəfər zəhərlənib, onlardan iki nəfəri ölüb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanda 8 nəfər dəm qazından və qidadan zəhərlənib, onlardan ikisi ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayon sakini Telistan Qocayeva dəm qazından zəhərlənərək ölüb.

Gəncə şəhər sakinləri Dünya Həsənova, qohumları - Zaqatala rayon sakini Sevda Muradova və Abşeron rayon sakini Zeynəb Əliyeva, Sadıllı qəsəbə sakini Türkan Əliyeva, paytaxtın Səbail rayon sakini Xətai Qafarlı dəm qazından, Abşeron rayonu Masazır qəsəbə sakini Sevinc Atakişiyeva dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Zaqatala rayon sakini Elvin Xəlilov isə qidadan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti