...

Bakının tanınan ticarət mərkəzindən 20 min manat dəyərində qol saatlarını oğurlayan şəxs tutulub

Hadisə Materials 19 Fevral 2014 12:40 (UTC +04:00)
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Mustafayev tutulub.
Bakının tanınan ticarət mərkəzindən 20 min manat dəyərində qol saatlarını oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Bakının tanınan ticarət mərkəzindən 20 min manat dəyərində qol saatlarını oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, fevralın 6-dan 17-dək olan müddət ərzində, Bakı şəhər sakini Mirzəxan Əliyeva məxsus "Sədərək" ticarət mərkəzində yerləşən mağazadan 20 min manat dəyərində qol saatları oğurlanıb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Mustafayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti