...

Moskvada ictimai asayişi pozmağa cəhdə görə 200-ə yaxın nəfər saxlanılıb

Hadisə Materials 21 Fevral 2014 17:43 (UTC +04:00)
Moskvanın Zamoskvoretsk məhkəməsinin binası yanında ictimai asayişi pozmağa cəhd etməyə görə təqribən 200 nəfər saxlanılıb.
Moskvada ictimai asayişi pozmağa cəhdə görə 200-ə yaxın nəfər saxlanılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Moskvanın Zamoskvoretsk məhkəməsinin binası yanında ictimai asayişi pozmağa cəhd etməyə görə təqribən 200 nəfər saxlanılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Zamoskvoretsk məhkəməsi bu gün "bataqlıq işi" üzrə müttəhimləri iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirkar bilib.

Hökmün oxunuşu fevralın 24-də davam edəcək.

Qeyd edək ki, 2012-ci ilin mayında Yakimanka rayonunda hakimiyyətlə razılaşdırılmış yürüş və Bataqlıq meydanında nümayiş polislə toqquşmalarla nəticələnmişdi. Onlarla insan xəsarət almış, 400-dən çox insan isə saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti