...

Gəncədə 19 yaşlı gənc dəm qazından zəhərlənib

Hadisə Materials 23 Fevral 2014 13:33 (UTC +04:00)
Gəncədə 19 yaşlı gənc dəm qazından zəhərlənib.
Gəncədə 19 yaşlı gənc dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Gəncədə 19 yaşlı gənc dəm qazından zəhərlənib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.

Şəhər sakini 19 yaşlı Həsən Əliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər xəstəyə təcili və təxirəsalınmaz tibbi yardım göstərərək, onun həyatını xilas ediblər.

Həsən Əliyevin dəm qazından hansı şəraitdə və necə zəhərləndiyi isə hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti