Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/
Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına gətirilən şəxsin üzərində heroin aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilmiş Kamran Bəhram oğlu Qafarov etapla Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına daxil olarkən əşyalarına və üzərinə baxış keçirilib.
Baxış zamanı onun əynində olan gödəkçəsinin cibindən sellofana bükülmüş, xalis çəkisi 0,241 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, Kamran Qafarov Cinayət Məcəlləsinin 177.2.1; 181.2.1 və 234.1 maddələri ilə təqsirli bilinərək həbs edilib.
Fakt üzrə araşdırma aparılır.